...

Türkiyədə Baş nazirin anasının dəfn mərasimi keçirilir

Cəmiyyət Materials 8 Oktyabr 2011 15:00 (UTC +04:00)
Bu gün Türkiyədə ötən gün dünyasını dəyişən Baş nazirin anası Tənzilə Ərdoğanın dəfn mərasimi keçirilir. Bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verir.
Türkiyədə Baş nazirin anasının dəfn mərasimi keçirilir

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Bu gün Türkiyədə ötən gün dünyasını dəyişən Baş nazirin anası Tənzilə Ərdoğanın dəfn mərasimi keçirilir. Bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verir.

Azərbaycanın Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə dəfn mərasimində iştirak edir.

Sentyabrın 30-da Tənzilə Ərdoğan qarın nahiyyəsində ağrı şikayəti ilə xəstəxanaya aparılıb. Müayinədən sonra öd kisəsindən əməliyyat edilib.

Tənzilə Ərdoğanın 83 yaşı var idi.

Xəbər lenti

Xəbər lenti