...

Azərbaycan sinoptikləri xəbərdarlıq edir: havanın temperaturu 6-8 dərəcə düşəcək

Cəmiyyət Materials 19 Oktyabr 2011 12:24 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə günü Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 20-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.
Azərbaycan sinoptikləri xəbərdarlıq edir: havanın temperaturu 6-8 dərəcə düşəcək

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan ərazisində sabah hava şəraiti yağmurlu keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə günü Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 20-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 15-18 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 20-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 16-21, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə təşkil edəcək.

Oktyabrın 20-də Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti