...

Azərbaycan Ermənistan arxeoloqları ilə əməkdaşlıq etməsi barədə yayılan məlumatları təkzib edir

Cəmiyyət Materials 24 Oktyabr 2011 17:20 (UTC +04:00)
Azərbaycan arxeoloqları Ermənistan arxeoloqları ilə heç bir əməkdaşlıq etmir.
Azərbaycan Ermənistan arxeoloqları ilə əməkdaşlıq etməsi barədə yayılan məlumatları təkzib edir

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan arxeoloqları Ermənistan arxeoloqları ilə heç bir əməkdaşlıq etmir. Bunu Trend-ə bazer ertəsi Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli deyib.

Ermənistanın "Mediamaks" İnformasiya Agentliyinin yaydığı məlumata görə, Azərbaycan, Ermənistan və Gürcüstan iki il davam edəcək birgə arxeoloji proqram həyata keçirir.

Müseyibli bildirib ki, Ermənistan KİV-in bu barədə yaydığı məlumatlar həqiqətəuyğun deyil. O, bu ölkə ilə qarşılıqlı əməkdaşlığın qeyri-mümkün olduğunu və Azərbaycanın Ermənistanla birgə heç bir arxeoloji proqramda iştirak etmədiyini söyləyib.

Xəbər lenti

Xəbər lenti