...

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Azərbaycanın mədəni irsinin mənimsənilməsi faktlarını tanıyıb

Cəmiyyət Materials 25 Oktyabr 2011 14:24 (UTC +04:00)
Azərbaycanın Müəllif Hüquqları Agentliyi Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) ermənilər tərəfindən müəllif hüquqlarının pozulması faktları barədə müntəzəm şəkildə məlumatlandırır.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Azərbaycanın mədəni irsinin mənimsənilməsi faktlarını tanıyıb

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Müəllif Hüquqları Agentliyi Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) ermənilər tərəfindən müəllif hüquqlarının pozulması faktları barədə müntəzəm şəkildə məlumatlandırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə agentliyin rəhbəri Kamran İmanov bildirib.

Onun sözlərinə görə, ermənilər artıq 200 il ərzində Azərbaycanın mədəni irsini özününkü kimi təqdim etməklə mənimsəyir və bu proses indiyədək davam edir.

"Bu ilin yayında biz ÜƏMT rəhbərinin adına məktub göndərdik. Məktubda bizim mədəni irsimizin ermənilər tərəfindən mənimsənilməsi faktlarını konkret olaraq sadaladıq. Sentyabrda aldığımız cavabda Azərbaycanın Müəllif Hüquqları Agentliyinin bu təşkilatla əməkdaşlığının vacibliyi və Agentliyin təqdim etdiyi faktların diqqətə alınacağı qeyd olunub", - İmanov deyib.

Xəbər lenti

Xəbər lenti