...

Azərbaycanda anomal soyuq hava şəraiti davam edəcək

Cəmiyyət Materials 26 Oktyabr 2011 11:35 (UTC +04:00)
Yaxın günlərdə ölkə ərazisində qeyri-sabit və anomal soyuq hava şəraiti davam edəcək. Bunu çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.
Azərbaycanda anomal soyuq hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 26 oktyabr / Trend müxbir İ.İsabalayeva/

Yaxın günlərdə ölkə ərazisində qeyri-sabit və anomal soyuq hava şəraiti davam edəcək. Bunu çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, yağıntıların ən intensiv dövrü bu gün müşahidə olunur. Sonrakı günlərdə yağıntılar arabir fasilələrlə davam edəcək, intensivlik azalacaq.

Oktyabrın 28-də yağıntılarda qısa fasilələrin olacağı gözlənilir.

Oktyabrın 26 və 27-də paytaxtda havanın temperaturu 10 dərəcədən yüksək olmayacaq. Oktyabrın 28-də temperatur bir qədər yüksələrək 12-13 dərəcə isti təşkil edəcək. Oktyabrın 27-si axşam və oktyabrın 28-də küləyin mülayimləşəcəyi və şimal-qərb küləyinin mülayim şimal-şərq küləyi ilə əvəzlənəcəyi gözlənilir.

Hazırda havanın temperaturu çoxillik iqlim norması ilə müqayisədə 2 dərəcəyədək aşağıdır. Bu günlər ərzində havanın temperaturunun çoxillik iqlim normasından aşağı olması davam edəcək.

Xəbər lenti

Xəbər lenti