...

Azərbaycanda peşə-ixtisas təhsili müəssisələrinə işə qəbul imtahanının keçirilmə tarixi açıqlanıb

Cəmiyyət Materials 27 Oktyabr 2011 16:33 (UTC +04:00)
Təhsil Nazirliyi ilk peşə-ixtisas təhsili müəssisələrində ixtisas fənləri üzrə müəllim və istehsalat təlimi ustası vakant yerlərinin tutulması üzrə imtahanın keçirilmə tarixini açıqlayıb.
Azərbaycanda peşə-ixtisas təhsili müəssisələrinə işə qəbul imtahanının keçirilmə tarixi açıqlanıb

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ilk peşə-ixtisas təhsili müəssisələrində ixtisas fənləri üzrə müəllim və istehsalat təlimi ustası vakant yerlərinin tutulması üzrə imtahanın keçirilmə tarixini açıqlayıb.

Təhsil Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, imtahan oktyabrın 29-da saat 10:00-da başlayacaq və 1 saat davam edəcək. İmtahanda test suallarının 50 faizindən çoxuna düzgün cavab verən iştirakçı müsabiqədən keçmiş hesab olunacaq.

Test müsabiqəsinin cavabları və qaliblər müsabiqənin vaxtı bitdikdən sonra 2 saat ərzində elan olunacaq. İmtahanda bir düzgün cavab bir balla qiymətləndiriləcək. Səhv cavab düzgün cavabı ləğv etməyəcək. Eyni yerə bir neçə namizəd olarsa, üstünlük daha çox bal yığana veriləcək. Ballar eyni olarsa, qalib müsahibə yolu ilə müəyyən ediləcək.

Eyni göstəricilərə malik iştirakçılarla müsahibə müsabiqədən sonrakı ilk iş günündə Təhsil Nazirliyində aparılacaq. Yekun qərar müsahibə günündə elan olunacaq.

Azərbaycanda peşə-ixtisas təhsili müəssisələrinə işə qəbul üçün müsabiqə bu il ilk dəfə keçirilir. Ümumilikdə müsabiqəyə 46 xüsusi fənn müəllimi, 58 istehsalat təlimi ustası üzrə vakant yer çıxarılıb.

Xəbər lenti

Xəbər lenti