...

Ermənistanda doğum səviyyəsi azalır

Cəmiyyət Materials 28 Oktyabr 2011 14:10 (UTC +04:00)
"2012-ci ildə Ermənistanda demoqrafik vəziyyətin yaxşılaşdırılması üzrə proqram"ın layihəsinə əsasən, bu ilin birinci yarısında Ermənistanda doğum səviyyəsi 4,4 faiz azalıb.
Ermənistanda doğum səviyyəsi azalır

Azərbaycan, Bakı, 28 oktyabr /rend, müxbir X.Murtuzayeva/

"2012-ci ildə Ermənistanda demoqrafik vəziyyətin yaxşılaşdırılması üzrə proqram"ın layihəsinə əsasən, bu ilin birinci yarısında Ermənistanda doğum səviyyəsi 4,4 faiz azalıb. Bu dövrdə 22 102 uşaq doğulub ki, bu da ötən ilin analoji göstəricisindən 927 uşaq azdır. Trend-in məlumatına görə, bu barədə "Aykakan jamanak" qəzeti xəbər verir.

Bu layihə Ermənistan hökumətinin gündəliyinə daxil edilib.

2009-cu ilin payızında doğum səviyyəsində cüzi artım qeydə alınan zaman hökumət bəyan etmişdi ki, buna hakimiyyətin tərifəlayiq siyasəti səbəb olub. Belə yanaşma göstərilən sənəddə də tətbiq olunub. Burada 2009-cu və 2010-cu illərdə qeydə alınan təxminən 1 faizlik artım uşağın doğulmasına görə verilən birdəfəlik vəsaitin məbləğinin artırılması ilə əlaqələndirilir. Doğum səviyyəsinin 4,4 faiz azalmasının səbəbi barədə isə heç nə deyilmir.

Layihəyə görə, bu müddət ərzində Ermənistanda ölüm səviyyəsi artıb. Bu ilin birinci yarısında 14 743 ölüm halı baş verib ki, bu da 2010-cu ilin birinci yarısında olduğundan 453 hal çoxdur.

Xəbər lenti

Xəbər lenti