...

Azərbaycanda avtomobillərin dövlət qeydiyyat nişanları üçün yeni rüsumlar müəyyən olunub

Cəmiyyət Materials 28 Oktyabr 2011 15:22 (UTC +04:00)
Azərbaycanda avtomobillərin dövlət qeydiyyat nişanları üçün yeni rüsumlar müəyyən olunub.
Azərbaycanda avtomobillərin dövlət qeydiyyat nişanları üçün yeni rüsumlar müəyyən olunub

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda avtomobillərin dövlət qeydiyyat nişanları üçün yeni rüsumlar müəyyən olunub.

Trend-in məlumatına görə, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təklif olunub.

Dəyişiklikdə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və hərflərin kombinasiyası üzrə tariflər müəyyən olunub.

Belə ki, nömrə nişanı 001, 002, 003, 004, 005, 006, 007, 008 və 009 rəqəmləri ilə olduqda müxtəlif hərflərdən ibarət nömrəyə görə 1500, həmin rəqəmlər seriyası eyni hərflərdən ibarət olduqda 2500 manat rüsum ödəniləcək.

Nömrə nişanları 100, 200, 300, 400, 500, 600, 700, 800 və 900 rəqəmlərindən və müxtəlif hərflərdən ibarət olduqda 1000, eyni hərf olduqda isə 1500 manat, 111, 222, 333, 444, 555, 666, 777, 888 və 999 rəqəmlər ilə müxtəlif hərflərdən ibarət nömrəyə görə 500 manat, eyni hərflər olduqda isə 1000 manat dövlət rüsumu nəzərdə tutulur.

Digər dövlət qeydiyyat nişanlarının verilməsinə görə 18 manat məbləğində rüsum nəzərdə tutulub.

Qanun layihəsi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin cümə günü keçirilən iclasında müzakirəyə çıxarılıb.

Xəbər lenti

Xəbər lenti