Azərbaycan, Bakı, 28 oktyabr /Trend/
Milli Televiziya və Radio Şurası bu gün keçirilən iclasında ümumrespublika teleradio yayımçılarının hər birinə 300 000 (üç yüz min) manat məbləğində vəsait ayrılması barədə qərar qəbul edib.
Şuradan cümə günü Trend-ə verilən məlumata görə, bu vəsait teleradio yayımçılarına milli telefilmlərin, teleserialların çəkilişi ilə əlaqədar verilib.
Bununla yanaşı, MTRŞ bu gün keçirilən iclasında "Azad Azərbaycan" Teleradio Şirkətinin televiziya və əlavə informasiya yayımı üçün lisenziya müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.
Prezident İlham Əliyev Azərbaycanda milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında sərəncam imzalayıb.