...

“Xural” qəzetinin baş redaktoru barəsində həbs qətimkan tədbiri seçilib

Cəmiyyət Materials 28 Oktyabr 2011 22:52 (UTC +04:00)
“Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynalovun barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə Azərbaycanın Baş prokurorluğunun cümə günü yaydığı məlumatda bildirilir.
“Xural” qəzetinin baş redaktoru barəsində həbs qətimkan tədbiri seçilib

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

"Xural" qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynalovun barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə Azərbaycanın Baş prokurorluğunun cümə günü yaydığı məlumatda bildirilir.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində "Xural" qəzetinin təsisçisi və baş redaktoru Zeynalov Əvəz Tapdıq oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri (rüşvət alma) ilə cinayət işi başlanmışdır.

"İstintaqla müəyyən edilmişdir ki, Əvəz Zeynalov Əhmədova Gülər Mikayıl qızı barəsində şəxsi və işgüzar nüfuzuna xələl gətirən məlumatların olduğunu, həmin materialların qəzet səhifələrində çap olunacağını bildirməklə ona hədə-qorxu tətbiq edib, bu materialların qəzet səhifələrində çapının dayandırılması müqabilində, yəni səlahiyyətlərinin icrası ilə əlaqədar edilən hərəkətə görə ondan özü üçün birbaşa, maddi nemət olan külli miqdar təşkil edən 10.0 min manat pulu rüşvət kimi istəmişdir", məlumatda deyilir.

Əvəz Zeynalova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti