...

Qətər YUNESKO-nun təhsil proqramına sponsorluq etmək niyyətindədir

Cəmiyyət Materials 12 Noyabr 2011 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir A.Tağıyeva/

Qətər ABŞ-ın təşkilata sponsorluqdan imtina etməsi ilə əlaqədar yaranan maliyyə çətinliklərindən sonra YUNESKO-nun təhsil proqramına sponsorluq etmək niyyətindədir. Bu təşəbbüslə Qətər Əmirinin həyat yoldaşı Moza bint Nasir əl-Misnəd çıxış edib. Bu barədə şənbə günü Trend "Şuruk" qəzetinə istinadən məlumat verir.

YUNESKO-nun da xüsusi nümayəndəsi olan əl-Misnəd təşkilatın büdcə böhranı ilə bağlı bir çox əsas və təhsil proqramlarının dayandırıldığına görə öz narahatlığını bildirib.

YUNESKO-nun baş direktoru İrina Bokova ilin sonuna qədər 2011-ci il büdcəsində 65 milyon dollar kəsirin ləğv edilməsi üzrə tədbirlərin hazırlanacağı vaxta kimi öhdəliklərin yerinə yetirilməsi və təşkilatın proqramlarını dayandırmaq barədə göstəriş verib.

Bununla da ABŞ-ın maliyyələşdirməni dayandırması nəzərə alınmaqla YUNESKO yeni ilə 143 milyon dollar həcmində kəsirlə daxil olacaq. Cümə axşamı təşkilat 2012-2013-cü illər üzrə büdcəni qəbul edib. Büdcə 653 milyon dollar təşkil etməlidir.

YUNESKO oktyabrın 31-də Fələstini rəsmi olaraq təşlilatın tərkibinə qəbul edib. ABŞ öz daxili qanunverciliyinin normaları üzrə maliyyələşdirməni dayandırdığını bəyan edib. Belə ki, ABŞ qanunvericiliyi Fələstini tanıyan BMT agentliklərinə Birləşmiş Ştatların dəstəyini qadağan edir. Vaşinqton noyabrın sonuna qədər YUNESKO-nun büdcəsinə 60 milyon dollar köçürməli idi.

Xəbər lenti

Xəbər lenti