Azərbaycan, Bakı, 16 noyabr /Trend/
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin bir çox xarici dillərə tərcümə edilmiş "Qazaxıstan yolu" kitabı Azərbaycan dilində nəşr edilib.
Trend-in məlumatına görə, kitab millət vəkili Qənirə Paşayevanın və yazıçı Elxan Zal Qaraxanlının birgə layihəsi olan "İrs" seriyası sırasında Mahmud Kaşqari adına Beynəlxalq Fond və "Avrasiya" Araşdırmalar İnstitutu tərəfindən buraxılıb.
Qazaxıstanın ən yeni tarixini özündə əks etdirən bu kitabda müstəqillik illərində dövlət quruculuğunun çətinliklərindən və uğurlu anlarından bəhs olunur. Müəllif burada xarici dövlətlərlə münasibətləri, ölkə konstitusiyasının qəbulu zamanı qarşılaşdıqları çətinlikləri, Xəzər nefti uğrunda gedən mübarizəni, özəlləşmə prosesini, torpaq islahatlarını, ilk qazax kosmonavtın kosmosa uçuşunu, Astananın yeni paytaxt kimi təşəkkülünü ətraflı surətdə təsvir edir.
Kitabı Azərbaycan dilinə Elxan Zal Qaraxanlı çevirib.