...

Azərbaycan ombudsmanı hərbi hissələrə baxış keçirib

Cəmiyyət Materials 17 Noyabr 2011 20:23 (UTC +04:00)
Elmira Süleymanova və Ombudsman Aparatının əməkdaşları Müdafiə Nazirliyinin Cəlilabad rayonundakı N saylı, habelə Dövlət Sərhəd Xidmətinin bu rayondakı N saylı hərbi hissələrinə baxış keçiriblər.
Azərbaycan ombudsmanı hərbi hissələrə baxış keçirib

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

Azərbaycanının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova və Ombudsman Aparatının əməkdaşları Müdafiə Nazirliyinin Cəlilabad rayonundakı N saylı, habelə Dövlət Sərhəd Xidmətinin bu rayondakı N saylı hərbi hissələrinə baxış keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Süleymanova zabit və əsgərlərlə görüşüb, hərbi hissələrin şəxsi heyəti qarşısında çıxış edərək, onları Milli Dirçəliş bayramı münasibətilə təbrik edib, xoş arzularını bildirib.

Müvəkkil torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, bir milyon insanı öz yurdunda qaçqın və məcburi köçkünə çevrilmiş, onların insan hüquqları kütləvi şəkildə kobudcasına pozulmuş bir respublika üçün ordu quruculuğunun mühüm əhəmiyyət kəsb etdiyini, son illərdə ölkəmizdə bu sahədə böyük işlər görüldüyünü diqqətə çatdırıb.

Süleymanova hərbi hissələrdə şəxsi heyətin yaşayış yeri, klub, kitabxana, yeməkxana, mətbəx və xəstəxana şəraiti, anbar, əsgərlərin asudə və istirahət vaxtlarını səmərəli keçirmələri üçün müəyyən edilmiş yerlərə baxış keçirib.

Hərbi hissələrin rəhbərliyi şəxsi heyətin hazırlığının daha da təkmilləşdirildyini, nizamnamədənkənar hallara, zabitlər tərəfindən kobud rəftara yol verilmədiyini söyləyib, səmimi görüş, əsgər və zabitlərin vəziyyəti ilə maraqlandığı üçün ombudsmana minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti