...

Baş Prokurorluq: Azərbaycanda qaz partlayışları və dəm qazından zəhərlənmə hadisələri ciddi araşdırılır

Cəmiyyət Materials 19 Noyabr 2011 11:40 (UTC +04:00)
Azərbaycanda soyuq hava şəraiti ilə bağlı dəm qazından zəhərlənmə və qaz partlayışları faktları artıb. Gün ərzində ölkə ərazisində 10-larla belə faktlar baş verir
Baş Prokurorluq: Azərbaycanda qaz partlayışları və dəm qazından zəhərlənmə hadisələri ciddi araşdırılır

Azərbaycan, Bakı, 19 noyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda soyuq hava şəraiti ilə bağlı dəm qazından zəhərlənmə və qaz partlayışları faktları artıb. Gün ərzində ölkə ərazisində təxminən 10-dan artıq belə faktlar baş verir.

"İnsanların ölümünə və xəsarət almalarına, ölkə iqtisadiyyatı və vətəndaşlara ziyan dəyməsinə səbəb olan qaz partlayışları və dəm qazından zəhərlənmə hadisələri üzrə başlanmış bütün cinayət işləri üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılması barədə Baş Prokurorluğun rəhbərliyi tərəfindən müvafiq göstəriş verilib" bunu şənbə günü Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

Sultanov bildirib ki, baş vermiş hər bir hadisə üzrə prokurorluq orqanları tərəfindən digər əlaqədar hüquq mühafizə orqanları ilə birlikdə müvafiq araşdırmalar aparılır.

"Təqsirkar şəxslərin qanunla müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb olunması, eyni zamanda hadisələrin baş vermə səbəblərinin müəyyənləşdirilməklə onları doğuran halların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi təmin olunur" Baş Prokurorluğun rəsmisi qeyd edib.

Xəbər lenti

Xəbər lenti