...

Azərbaycanlı idmançı Birmingemdəki dünya birinciliyində yeddinci olub

Cəmiyyət Materials 26 Noyabr 2011 14:16 (UTC +04:00)
Birmingemdə yeniyetmələr arasında tamblinq üzrə dünya birinciliyi azərbaycanlı gimnast üçün uğurla başa çatıb.
Azərbaycanlı idmançı Birmingemdəki dünya birinciliyində yeddinci olub

Azərbaycan, Bakı, 26 noyabr /Trend /

Birmingemdə yeniyetmələr arasında tamblinq üzrə dünya birinciliyi azərbaycanlı gimnast üçün uğurla başa çatıb.
Bakı Gimnastika Məktəbinin 15 yaşlı şagirdi Mixail Malkin dünya mükafatına 33 namizəd arasında ən güclü səkkizliyə daxil olub. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Təsnifatda o, 64 xal (32.1 xal salto tapşırığına və 31.9 xal isə vint tapşırığının yerinə yetirilməsinə görə) qazanıb.

Final hoppanmasında Malkin Portuqaliyadan olan gimnastı qabaqlayaraq yeddinci yeri tutub. Bu dəfə o, hakimlər kollegiyasından 31.7 xal alaraq Rusiya, Danimarka, Portuqaliya və Britaniya təmsilçilərindən geri qalıb.

"Malkinin dünya birinciliyi finalına artıq ikinci dəfə çıxması öz-özlüyündə müsbət amildir. Bu, idmançının yaş kateqoriyasının dəyişməsinə baxmayaraq, favoritlər sırasında qalmaqda davam etməsi deməkdir. Ona görə də onun familiyasının axşamkı finalın start-vərəqində görünməsi mənim üçün təəccüblü olmadı", - hazırda müqavilə ilə Cənubi Afrika Respublikasında (CAR) çalışan və Birmingemdə hoppanma üzrə qadınların çıxışlarına hakimlik edən beynəlxalq dərəcəli azərbaycanlı hakim Adil Hüseynzadə Malkinin çıxışını belə şərh edib.

Dünya forumunda ilk dəfə çıxış edən ikinci azərbaycanlı idmançı Aydın Əliyev isə 53.9 xalla 30-cu yeri tutub.

Xəbər lenti

Xəbər lenti