...

Azərbaycanda YUNESKO üçün ekspertlər hazırlanır

Cəmiyyət Materials 28 Noyabr 2011 14:19 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) və YUNESKO-nun təşkilatçılığı ilə bazar ertəsi "İqtisadi inkişaf dövründə elm və texnologiya statistikası və göstəriciləri" mövzusunda üç günlük milli seminar-təlim başlayıb.
Azərbaycanda YUNESKO üçün ekspertlər hazırlanır

Azərbaycan, Bakı, 28 noyabr / Trend müxbir M.Əliyev/

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) və YUNESKO-nun təşkilatçılığı ilə bazar ertəsi "İqtisadi inkişaf dövründə elm və texnologiya statistikası və göstəriciləri" mövzusunda üç günlük milli seminar-təlim başlayıb.

Trend-in məlumatına görə, fondun icraçı direktoru Elçin Babayev jurnalistlərə bildirib ki, seminar-treninqin keçirilməsində məqsəd elm, texnologiya üzrə göstəricilərin araşdırılması, inkişaf etməkdə olan ölkələr üçün bu göstəricilərin dinamikasının müzakirəsi, dövlətin elm və texnologiya siyasətinin tam dəstəklənməsi üçün reallığa əsaslanan göstəricilərin istifadəsinin təşviqi və tətbiqi məsələlərinin araşdırılmasıdır.

Onun sözlərinə görə, son illər Azərbaycanla YUNESKO arasında əməkdaşlıq əlaqələri dərinləşib.

Seminar-treninqə EİF əməkdaşları ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət Statistika Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Müəllif Hüquqları Agentliyinin yüksək səviyyəli kadrları cəlb olunublar. Seminar-treninqin sonunda onlara beynəlxalq sertifikatlar veriləcək. Babayev qeyd edib ki, gələcəkdə həmin şəxslərdən YUNESKO ekspertləri kimi istifadə ediləcək.

Xəbər lenti

Xəbər lenti