...

Azərbaycanda uşaq və yeniyetmələrin sağlamlığı üzrə strategiyanın hazırlanmasına ehtiyac duyulur

Cəmiyyət Materials 28 Noyabr 2011 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr / Trend müxbir İ.İsabalayeva/

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda ana, yenidoğulmuşların sağlamlığı sahəsini də özündə birləşdirə bilən uşaq və yeniyetmələrin sağlamlığı üzrə strategiyanın hazırlanmasına ehtiyac duyur. Bu barədə bazar ertəsi Trend-ə ÜST-nin Avropa Regional Bürosundan məlumat verilib.

Bürodan bildirilib ki, strategiya hazırlanarkən Azərbaycandakı bütün dövlət sektorları, beynəlxalq agentlik və QHT-lərin əsas problem və prioritetlərə ümumi baxışının olması lazımdır.

Bürodan qeyd edilib ki, ümumilikdə Azərbaycanda uşaq və yeniyetmələrin sağlamlıq durumu inkişaf edir. Azərbaycanın səhiyyə sahəsində ana və uşaq ölümünün azaldılması qəbul edilmiş prioritetlərdən biridir. Ölkədə bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün qanunvericilik aktları qəbul olunub.

Xəbər lenti

Xəbər lenti