...

Bakı küçələrində yağış sularının axıdılmasının təmini məqsədilə hazırlanan proqramın icrasına başlanılıb

Cəmiyyət Materials 30 Noyabr 2011 13:44 (UTC +04:00)
Bakıda küçələrdə yağışlı havalarda su gölməçələrinin yaranmaması, yağış sularının axıdılması məqsədilə barmaqlıqların quraşdırılması və kanalzasiya xətlərinə birləşdirlməsi üçün proqram hazırlanıb.
Bakı küçələrində yağış sularının axıdılmasının təmini məqsədilə hazırlanan proqramın icrasına başlanılıb

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda küçələrdə yağışlı havalarda su gölməçələrinin yaranmaması, yağış sularının axıdılması məqsədilə barmaqlıqların quraşdırılması və kanalzasiya xətlərinə birləşdirlməsi üçün proqram hazırlanıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov çərşənbə günü Trend-ə bildirib ki, paytaxtın abadlaşdırılması, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, ləngimə hallarının qarşısının alınması üçün nəzərdə tutulan proqram çərçivəsində Nizami, Binəqədi, Xətai, Səbail, Xəzər, Nərimanov və Yasamal rayonlarının ərazisindəki küçələrdə 67 yerdə mərhələlərlə bu proses həyata keçiriləcək.

Artıq bu istiqamətdə işə başlandığını deyən Əsədov bildirib ki, Xətai rayonu ərazisində Vunktau küçəsi, Nobel prospekti, Nobel prospekti ilə 7-ci dairəvi küçəsinin kəsişməsində, Babək prospektində bu işə başlanıb.

Bölmə rəisinin sözlərinə görə, bu işlər həmin yolların daralmasına və bu səbəbdən avtomobillərin hərəkətinin məhdudlaşdırılmasına səbəb olub.

Yol polisi həmin yollardan istifadə edən sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti