...

Azərbaycanda piratçılığın qarşısının alınması üçün hazırlanan qanun layihəsinin gələn il qəbul olunması gözlənilir

Cəmiyyət Materials 1 Dekabr 2011 12:13 (UTC +04:00)
Azərbaycanda piratçılığın qarşısının alınması üçün hazırlanan qanun layihəsinin gələn il qəbul olunması gözlənilir.
Azərbaycanda piratçılığın qarşısının alınması üçün hazırlanan qanun layihəsinin gələn il qəbul olunması gözlənilir

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda piratçılığın qarşısının alınması üçün hazırlanan qanun layihəsinin gələn il qəbul olunması gözlənilir.

Trend-in məlumatına görə, Azərbaycanın Müəllif Hüquqları Agentliyinin rəhbəri Kamran İmanov cümə axşamı jurnalistlərə bildirib ki, "Əqli mülkiyyətin qorunması və piratçılığın qarşısının alınması haqqında" qanun layihəsi gələn il Milli Məclis tərəfindən qəbul oluna bilər.

Onun sözlərinə görə, layihə bu yaxınlarda Parlamentə təqdim edilməlidir. İmanov bildirib ki, qanun qəbul edildikdən sonra müəllif hüquqlarının təminatı sahəsində bir cox yeniliklər tətbiq ediləcək.

"Qanun müəllif hüquqlarının təminatı, bazarda piratçılığın qarşısının alınması üçün konkret addımların atılmasına, internetdə rəqəmli hüquqların qorunmasına imkan verəcək", - agentlik rəhbəri deyib.

Onun sözlərinə görə, xarici mütəxəssislər qanun layihəsinə müsbət rəy verib.

Xəbər lenti

Xəbər lenti