...

Azərbaycanda "Əlilliyi olan insanların təhsil və əmək hüquqları" mövzusunda konfrans keçirilib

Cəmiyyət Materials 2 Dekabr 2011 20:18 (UTC +04:00)
Dünyaya Baxış Beynəlxalq Təşkilatı və Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə "Beynəlxalq əlilliyi olan insanlar günü" münasibətilə "Əlilliyi olan insanların təhsil və əmək hüquqları" mövzusunda konfrans keçirilib.
Azərbaycanda "Əlilliyi olan insanların təhsil və əmək hüquqları" mövzusunda konfrans keçirilib

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

Dünyaya Baxış Beynəlxalq Təşkilatı və Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə "Beynəlxalq əlilliyi olan insanlar günü" münasibətilə "Əlilliyi olan insanların təhsil və əmək hüquqları" mövzusunda konfrans keçirilib.

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından cümə günü Trend-ə verilən məlumata görə, konfransı giriş sözü ilə açan Dünyaya Baxış Beynəlxalq Təşkilatının direktoru Qiorqi Devidze konfransın keçirilmə məqsədi haqqında məlumat verib və qeyd edib ki, 3 dekabr tarixi Birləşmiş Millətlər Təşkilatı tərəfindən beynəlxalq əlilliyi olan insanlar günü kimi qeyd olunur və Azərbaycan BMT-nin "Əlilliyi olan insanların hüquqları" adlı konvensiyaya qoşulub. Əlilliyi olan insanlar günü bütün dünyada olduğu kimi, Azərbaycanda da qeyd olunur və bu gün ölkəmizdə 480 min əlil insan var. Onun sözlərinə görə, əlilliyi olan insanların əmək və təhsil hüquqları bu gün diqqət mərkəzində olan məsələdir.

Sonra Dünyaya Baxış Beynəlxalq Təşkilatının sosial inteqrasiya proqramının rəhbəri Fəridə Əmirova və Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimov öz növbəsində əlil insanların təhsil, əmək və sosial hüquqlarının qorunması və cəmiyyətə inteqrasiya olunması ilə bağlı işlərin görülməsini vacib hesab etmişlər və bu sahədə aparılan islahatları qeyd ediblər.

Konfransda BMT-nin Uşaq Təşkilatı (UNİCEF), Amerika Hüquqşünaslar Assosiasiyası və digər beynəlxalq təşkilatlar iştirak edib.

Konfransdan sonra Dünyaya Baxış Beynəlxalq Təşkilatının təşkilatçılığı ilə əlil uşaqların sərgisi keçirilib və əlil uşaqlar üçün konfrans proqramı təşkil olunub.

Xəbər lenti

Xəbər lenti