...

Ümummilli lider Heydər Əliyevin xatirəsi Sankt Peterburq şəhərində yad edilib

Cəmiyyət Materials 12 Dekabr 2011 15:34 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin xatirəsi Rusiyanın Sankt Peterburq şəhərində yad edilib.
Ümummilli lider Heydər Əliyevin xatirəsi Sankt Peterburq şəhərində yad edilib

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir M.Əliyev/

Ümummilli lider Heydər Əliyevin xatirəsi Rusiyanın Sankt Peterburq şəhərində yad edilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş konsulluğunun mətbuat xidmətindən bildirilib.

Sankt-Peterburq ictimaiyyəti, azərbaycanlı ziyalılar, nüfuzlu iş adamları, ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələrin və diaspor nümayəndələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin xatirə lövhəsi önünə gül-çiçək dəstələri qoyulub, ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha Sonra Sankt-Peterburqun Smolnı İnstitutunda keçirilən mərasimdə çıxış edən Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov Azərbaycan dövlətçiliyinin təşəkkülündə, respublikanın müstəqilliyinin və təhlükəsizliyinin möhkəmlənməsində, iqtisadi inkişafında, bərabərhüquqlu və sosial baxımdan müdafiə olunmuş vətəndaşların dövlətinə çevrilməsində Heydər Əliyevin əvəzsiz rolu barədə məlumat verib. O, Heydər Əliyev tərəfdən təməli qoyulmuş Azərbaycan və Rusiya arasında mövcud olan sıx dostluq əlaqələrindən söz açaraq bu əlaqələri Prezident İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdırıb.

250-dən çox iştirakçısı olan tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks edən "Azərbaycan deyəndə" sənədli filmi nümayiş eydirilib.

Smolnı Universitetinin rektoru, akademik Heydər İmanov dövlətçilik siyasətində Heydər Əliyevin xüsusi əməyini qeyd edərək, Azərbaycan dövlətinin memarı Heydər Əliyevin həyat yolundan, dövlətçiliyimizin qurulmasında, möhkəmlənməsində və qorunmasında misilsiz rolundan bəhs edib, onun Azərbaycandan kənarda, о cümlədən Rusiyada yaşayan soydaşlarımıza və gənclərimizə olan qayğısından söz açıb.

Ümummilli liderimizin həyat və fəaliyyətini, onun Rusiyaya, о cümlədən Sankt-Peterburq şəhərinə səfərini əks etdirən fotosərgi nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti