...

Azərbaycan boksçuları Avropa çempionatında beş medal qazanıblar

Cəmiyyət Materials 16 Dekabr 2011 14:58 (UTC +04:00)
Rusiyanın paytaxtı Moskvada boks üzrə tələbələr arasında Avropa çempionatına yekun vurulub.
Azərbaycan boksçuları Avropa çempionatında beş medal qazanıblar

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Rusiyanın paytaxtı Moskvada boks üzrə tələbələr arasında Avropa çempionatına yekun vurulub.

Trend-in Boks Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yarışa 7 boksçu ilə yollanmış milli komandamız 5 bürünc medala sahib olub.

Kamran Məlikov (52 kq), Şaban Şahpələngov (56 kq), Elnur Zeynalov (64 kq), Rauf Rəhimov (81 kq) və Fərid Paşayev (91+ kq) Avropa çempionatını 3-cü yerdə başa vurublar. Tələbələrin yarışında 18 ölkənin 100-ə yaxın boksçusu mübarizə aparıb.

Boksçularımızdan yalnız Salman İbrahimov (60 kq) və Yolçu Zeynalov (75 kq) mükafatçılar sırasına düşə bilməyiblər. Ceyhun Əbiyev yarışda ölkəmizi hakim kimi təmsil edib.

Xəbər lenti

Xəbər lenti