...

Azərbaycanda sürücülər artıq avtomobillərin dövlət qeydiyyat nişanlarını yeni rüsumlarla ala biləcəklər

Cəmiyyət Materials 26 Dekabr 2011 12:37 (UTC +04:00)
Azərbaycanda sürücülər avtomobillərin dövlət qeydiyyat nişanlarını yeni rüsumlarla alacaqlar.
Azərbaycanda sürücülər artıq avtomobillərin dövlət qeydiyyat nişanlarını yeni rüsumlarla ala biləcəklər

Azərbaycan, Bakı, 26 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda sürücülər avtomobillərin dövlət qeydiyyat nişanlarını yeni rüsumlarla alacaqlar.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikləri təsdiq edib. Bu dəyişikliklərin tətbiqi ilə bağlı ölkə başçısı sərəncam imzalayıb.

Sərəncamda Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə normativ hüquqi aktların bu qanuna uyğunlaşdırılmasının təmin edilməsi ilə bağlı tapşırıq verilib.

Dəyişiklikdə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və hərflərin kombinasiyası üzrə tariflər müəyyən olunub.

Belə ki, nömrə nişanı 001, 002, 003, 004, 005, 006, 007, 008 və 009 rəqəmləri ilə olduqda müxtəlif hərflərdən ibarət nömrəyə görə 1500, həmin rəqəmlər seriyası eyni hərflərdən ibarət olduqda 2500 manat rüsum ödəniləcək.

Nömrə nişanları 100, 200, 300, 400, 500, 600, 700, 800 və 900 rəqəmlərindən və müxtəlif hərflərdən ibarət olduqda 1000, eyni hərf olduqda isə 1500 manat, 111, 222, 333, 444, 555, 666, 777, 888 və 999 rəqəmlər ilə müxtəlif hərflərdən ibarət nömrəyə görə 500 manat, eyni hərflər olduqda isə 1000 manat dövlət rüsumu nəzərdə tutulur.

Digər dövlət qeydiyyat nişanlarının verilməsinə görə 18 manat məbləğində rüsum nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti