...

MMC-nin nizamnamə kapitalının formalaşdırılmasında dəyişiklik ediləcək

Cəmiyyət Materials 27 Dekabr 2011 14:43 (UTC +04:00)
Məhdud məsuliyyətli cəmiyyətin (MMC) nizamnamə kapitalının formalaşdırılmasında dəyişiklik ediləcək.
MMC-nin nizamnamə kapitalının formalaşdırılmasında dəyişiklik ediləcək

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Məhdud məsuliyyətli cəmiyyətin (MMC) nizamnamə kapitalının formalaşdırılmasında dəyişiklik ediləcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı Mülki Məcəlləyə dəyişiklik edilməsi nəzərdə tutulub.

Məcəllənin nizamnamə kapitalının ödənilməsi ilə bağlı 90.2-ci maddəsinə dəyişiklik təklif olunub.

Qanun layihəsində qeyd olunur ki, məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə uzadılması nəzərdə tutulmayıbsa, cəmiyyət dövlət qeydiyyatına alınanadək təsisçilər nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar.

MMC-nin nizamnaməsində nizamnamə kapitalının uzadılması müddətlə şərtləndirildiyi halda, bu müddət 3 aydan çox ola bilməz.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, məhdud məsuliyyətli cəmiyyətin təsisçiləri cəmiyyət qeydə alınanadək nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar.

Qanun layihəsi Milli Məclisin dekabrın 30-da keçiriləcək iclasında müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti