...

Ombudsman ədliyyə nazirinə müraciət edib

Cəmiyyət Materials 27 Dekabr 2011 16:20 (UTC +04:00)
Ombudsman Aparatının əməkdaşları 12 saylı cəzaçəkmə müəssisəsində nöqsanlar aşkar edib.
Ombudsman ədliyyə nazirinə müraciət edib

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Ombudsman Aparatının əməkdaşları 12 saylı cəzaçəkmə müəssisəsində nöqsanlar aşkar edib.

Trend-in Ombudsman Aparatının mətbuat xismətinə istinadən yaydığı məlumata görə, Ombudsmanın Milli Preventiv Mexanizm Qrupunun üzvləri bu günlərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) təkrar uzunmüddətli başçəkmə həyata keçiriblər.

Həmin cəzaçəkmə müəssisəsinə əvvəl kecirilmiş başçəkmədən ötən müddət ərzində MPM qrupunun tövsiyələri də nəzərə alınmaqla, burada vəziyyətin müsbət istiqamətdə dəyişdiyi müşahidə edilib.

Başçəkmə zamanı müəssisədə yataqxanaların döşəmələrinin daşdan olduğu, cərimə təcridxanasının bəzi kameralarının ölçüsünün standartlara cavab vermədiyi, müəssisənin həyətinin asfalt örtüyünün yaxşı vəziyyətdə olmadığı müəyyən edilib.

Habelə həkim çatışmazlığı, tibb hissəsində olan xəstə məhkumlar üçün istirahət otağının olmaması da müəyyən edilib.

Burada 50-dən artıq məhkumla, o cümlədən cərimə təcridxanasında saxlanılan şəxslərlə söhbət zamanı onlar müəssisə əməkdaşlarının rəftarından narazılıq etməyiblər.

Məhkumlar həmçinin məişət otağının yaradılmasını xahiş ediblər.

Saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

12 saylı cəzaçəkmə müəssisəsinə həyata keçirilmiş başçəkmənin nəticələri ilə bağlı ombudsman ədliyyə nazirinə müraciət edərək, qeyd olunan tövsiyələrin yerinə yetirilməsi üçün tədbirlərin görülməsini xahiş edib.

Xəbər lenti

Xəbər lenti