...

Bakıda bayram günlərində bəzi küçələrdə hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət Materials 29 Dekabr 2011 13:10 (UTC +04:00)
Bakıda Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Yol Polisi əhaliyə müraciət edib.
Bakıda bayram günlərində bəzi küçələrdə hərəkət məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 29 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Bakıda Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Yol Polisi əhaliyə müraciət edib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, Dənizkənarı Milli Parkda keçiriləcək bayram şənliklərində iştirak etmək istəyənlər Azneft dairəsi - Neftçilər prospekti boyunca hər iki istiqamətdə ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər.

BDYPİ sürücülərdən xahiş edir ki, bu istiqamətdə nəqliyyat sıxlığının və tıxacların yaranmaması, yol qəza hadisələrinin baş verməməsi və hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün idarənin müraciətini nəzərə alsınlar.

Bölmə rəisi bayram günlərində əhalidən şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələrini xahiş edir.

Xəbər lenti

Xəbər lenti