...

Azərbaycanda magistral yolun bir hissəsi bağlanır

Cəmiyyət Materials 5 Yanvar 2012 15:16 (UTC +04:00)
Hacıqabul-Bəhramtəpə yolunun 8-ci kilometrliyindəki körpü təmir işləri ilə əlaqədar olaraq müvəqqəti bağlanır.
Azərbaycanda magistral yolun bir hissəsi bağlanır

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir E.İsmayılov/

Hacıqabul-Bəhramtəpə yolunun 8-ci kilometrliyindəki körpü təmir işləri ilə əlaqədar olaraq müvəqqəti bağlanır.

Trend-in Nəqliyyat Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, təmir işləri 40 gün davam edəcək. Nəqliyyat Nazirliyi sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir.

Məlumata görə, Kür çayı üzərində, Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 8-ci kilometrliyində yerləşən körpü yanvarın 6-da saat 12:00-dan etibarən bağlanacaq.

Qeyd edək ki, bu körpü ötən əsrin 60-cı illərinin əvvəllərində istifadəyə verilib və bir neçə dəfə dağılmaq təhlükəsi ilə üzləşib. Son vaxtlar avtomobillərin intensiv hərəkəti və iritonnajlı avtonəqliyyat vasitələrinin ardıcıl və dinamik zərbələri körpünü qəzalı vəziyyətə gətirib, bu istiqamətdə hərəkət edən sürücü və sərnişinlərin həyatı üçün ciddi təhlükə yaranıb. Bunu nəzərə alaraq, Nəqliyyat Nazirliyi həmin istiqamətdə avtomobillərin hərəkətinin 6 yanvar 2012-ci il tarixdən etibarən tamamilə dayandırılmasına qərar verib.

Körpünün müasir tələblərə uyğun və istismara yararlı vəziyyətə gətirilməsi üçün ərazidə 40 gün müddətində əsaslı təmir-tikinti işləri aparılacaq. Həmin istiqamətdə hərəkət edən avtonəqliyyat vasitəsi sahiblərindən və ümumiyyətlə, vətəndaşlardan xahiş olunur ki, alternativ yol kimi Salyan-Noxudlu, Sabirabad-Padar və digər istiqamətlərdəki yollardan istifadə etsinlər.

Xəbər lenti

Xəbər lenti