...

Azərbaycanda havanın temperaturu nisbətən yüksələcək

Cəmiyyət Materials 13 Yanvar 2012 13:00 (UTC +04:00)
Azərbaycan ərazisində ötən günlərlə müqayisədə yanvarın 14-də havanın temperaturunun nisbətən yüksələcəyi gözlənilir.
Azərbaycanda havanın temperaturu nisbətən yüksələcək

Azərbaycan, Bakı, 13 yanvar / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan ərazisində ötən günlərlə müqayisədə yanvarın 14-də havanın temperaturunun nisbətən yüksələcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, havanın yanvarın 14-ü gündüz, 15-də əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin arabir güclənəcəyi proqrozlaşdırılır.

Yanvarın 13-dən 14-nə keçən gecə Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, bəzi yerlərdə çiskinli, gündüz isə dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Temperatur gecə 2-4, gündüz 7-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 13-dən 14-ə keçən gecə bəzi yerlərdə az yağıntı yagacaq, səhər kəsiləcək, hava gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq, cənub-qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti