...

Ermənistan Bakıda keçiriləcək "Eurovision"da iştirak üçün xüsusi təhlükəsizlik şərati tələb etməyib

Cəmiyyət Materials 13 Yanvar 2012 15:44 (UTC +04:00)
Ermənistanın İctimai Televiziyası Avropa Yayım Birliyindən (EBU) Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsində iştirak üçün özünün təhlükəsizliyinin təmin edilməsinə görə xüsusi şərait tələb etməyib.
Ermənistan Bakıda keçiriləcək "Eurovision"da iştirak üçün xüsusi təhlükəsizlik şərati tələb etməyib

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

Ermənistanın İctimai Televiziyası Avropa Yayım Birliyindən (EBU) Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsində iştirak üçün özünün təhlükəsizliyinin təmin edilməsinə görə xüsusi şərait tələb etməyib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Mediamaks" agentliyinə "Eurovision"un təşkilati rəhbəri olan Sietse Bakker deyib.

57-ci "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək. Müsabiqənin yarımfinal mərhələləri 2012-ci il mayın 22-də və 24-də, finalı isə 26-da keçiriləcək.

Bu həftənin əvvəli Ermənistan İctimai Televiziyasının rəsmi nümayəndəsi Qoar Qasparyan deyib ki, Yerevanda Bakıda keçiriləcək "Eurovision" müsabiqəsində iştirakla bağlı yekun qərar hələlik qəbul edilməyib. Onun sözlərinə görə, Ermənistan İctimai Televiziyası erməni təmsilçinin təhlükəsizliyinə zəmanət verilməsi üçün EBU-ya müraciət edib və cavab gözləyir.

"EBU təhlükəsizliyə zəmanət vermir, çünki bu, bizim fəaliyyətimizin çərçivəsinə daxil deyil. Lakin biz yerli yayımçılar və müvafiq hakimiyyətdən və ya tərəfdaşlardan zəmanət və təhlükəsizlik xidmətləri tələb edirik. Bu ilə gəlincə, Azərbaycanın Baş naziri tərəfindən bütün nümayəndə heyətləri üçün təhlükəsizlik zəmanəti almışıq. Bundan başqa, ötən ilin avqustunda Bakı şəhər İcra Hakimiyyəti ilə Ermənistanın mümkün iştirakı ilə bağlı məsələ müzakirə olunub. Müzakirələrdən məqsəd təhlükəsizlik zəmanətinin Ermənistan nümayəndə heyətinə də şamil ediləcəyini təsdiq etmək olub. Ermənistan İctimai Televiziyası da daxil olmaqla, bütün potensial iştirakçılar Azərbaycan Baş nazirinin təqdim etdiyi zəmanətlər haqqında məlumatlandırılıblar", - Sietse Bakker bildirib.

Xəbər lenti

Xəbər lenti