Azərbaycan, Bakı, 17 yanvar /Trend müxbir E.İsmayılov/
Bir neçə il əvvəl ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Bakının Keşlə qəsəbəsindəki meydançalarında inşa edilən qanunsuz tikililər sökülməyəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ARDNŞ prezidenti, millət vəkili Rövnəq Abdullayev seçiciləri ilə görüşərkən deyib.
Onun sözlərinə görə, əgər hər hansı tikililər sökülərsə, kompensasiya ödəniləcək.
Abdullayev, həmçinin qeyd edib ki, ARDNŞ-nin iddiaları üzrə tikililərin qanunsuz olduğunu təsdiqləyən məhkəmə qərarları burada baş verə biləcək istənilən insidentə görə şirkətin məsuliyyətini aradan qaldırır. Belə ki, bu ərazilərdə yaşayış təhlükəlidir.
Şirkət rəhbəri bildirib ki, indi bütün məsuliyyət bu tikillilərin sahiblərinin üzərinə düşür.
2011-ci ilin yekunlarına görə, ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şirkətin ərzisindəki yaşayış və qeyri-yaşayış obyektlərinin qanunusuz tikintisi məsələsi üzrə məhkəmələrə verdiyi iddia ərizələrinin ümumi sayı 12 minə yaxın təşkil edir. Təkcə 2012-ci ildə "Binagadi oil" (Bakının Binəqədi rayonu) neft şirkətinin meydançalarında yerləşən qanunsuz tikililərə dair 8 minə yaxın iddia qaldırılması planlaşdırılır.