...

20 Yanvar faciəsi ilə bağlı internet aksiya başlayıb

Cəmiyyət Materials 19 Yanvar 2012 15:38 (UTC +04:00)
20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar olaraq "22 ildir unutmuruq!" adlı internet aksiya başlayıb.
20 Yanvar faciəsi ilə bağlı internet aksiya başlayıb

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir E.Mehdiyev/

20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar olaraq "22 ildir unutmuruq!" adlı internet aksiya başlayıb.

Gənclər üçün Təhsil Mərkəzinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Mərkəzin Bakı və bir neçə regional ofisində başlayan aksiya çərçivəsində müəyyən edilmiş qrafikə uyğun olaraq gənclər növbəli şəkildə internet vasitəsilə 20 Yanvar faciəsinə həsr olunmuş məqalə, foto, bəyanat və bu kimi digər materialları dünyanın müxtəlif nöqtələrinə, ali təhsil ocaqlarına, beynəlxalq təşkilatların elektron ünvanlarına, populyar internet səhifələrinə, əcnəbi qəzet və jurnallara göndərirlər. Artıq yüzlərlə gənc bu aksiyaya qoşulub.

Bir neçə gün davam edəcək aksiyanın əsas məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də ali təhsil ocaqlarına və beynəlxalq təşkilatlara 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri çatdırmaq və 22 il əvvəl baş vermiş faciəyə hüquqi qiymətin verilməsini tələb etməkdir.

Qeyd edək ki, aksiya yalnız Azərbaycanda deyil, paralel olaraq dünyanın müxtəlif ölkələrində təhsil alan Mərkəz üzvləri tərəfindən də həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti