...

Azərbaycanda qarlı hava şəraiti davam edəcək

Cəmiyyət Materials 24 Yanvar 2012 13:45 (UTC +04:00)
Yanvarın 25-də Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə havanın az yağıntılı olacağı, axşama doğru qar yağacağı gözlənilir.
Azərbaycanda qarlı hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 24 yanvar / Trend müxbir İ.İsabalayeva/

Yanvarın 25-də Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə havanın az yağıntılı olacağı, axşama doğru qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, gündüz mülayim şimal-qərb küləyi axşama doğru güclənəcək.

Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın, gündüz 1-5 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 15-20 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti