Azərbaycan, Bakı, 27 yanvar /Trend müxbir M.Əliyev/
Azərbaycanda cümə günü korrupsiya ilə mübarizə sahəsində "Korrupsiya cinayətləri: aşkar edilməsi, istintaqı və ittihamın müdafiə edilməsi" kitabının təqdimatı keçirilib.
Trend-in məlumatına görə, təqdimat mərasimində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, kitab prokurorluq işçilərinin əməli fəaliyyətlərində tətbiqi üçün nəzərdə tutulub.
"Kitabda idarənin əməkdaşları tərəfindən əməliyyat axtarış, istintaqla, həmçinin bu sahədə digər ölkələrin təcrübəsinin öyrənilməsi ilə bağlı 29 məqalə nəşr edilib", - o deyib.
Kitabda korrupsiyaya qarşı mübarizənin Azərbaycan modeli, çirkli pulların yuyulmasının istintaqı, korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutlarının rolu, bələdiyyə sahəsində baş vermiş korrupsiya cinayətlərinin istintaqı metodikası, təhsil sahəsində törədilən cinayətlər barədə məqalələr yer alıb.
"Korrupsiya cinayətləri: aşkar edilməsi, istintaqı və ittihamın müdafiə edilməsi" kitabının təqdimatı keçirilib
Azərbaycanda cümə günü korrupsiya ilə mübarizə sahəsində "Korrupsiya cinayətləri: aşkar edilməsi, istintaqı və ittihamın müdafiə edilməsi" kitabının təqdimatı keçirilib.
