...

Ekologiya Nazirliyi brakonyerliklə məşğul olanları 75 min manatdan çox məbləğdə cərimələyib

Cəmiyyət Materials 31 Yanvar 2012 10:13 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən il brakonyerliklə məşğul olan şəxsləri 75 800 manat məbləğində cərimələyib.
Ekologiya Nazirliyi brakonyerliklə məşğul olanları 75 min manatdan çox məbləğdə cərimələyib

Azərbaycan, Bakı, 31 yanvar / Trend müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən il brakonyerliklə məşğul olan şəxsləri 75 800 manat məbləğində cərimələyib.

Nazirliyin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, ötən il ölkə ərazisində "Ovçuluq haqqında" qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması və qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında brakonyerliklə məşğul olan şəxslərdən 83 ədəd ov silahı götürülüb, 80 şəxs barəsində akt və protokol tərtib edilib, 1166 manat məbləğində iddia qaldırılıb.

Ümumilikdə tətbiq edilmiş 76966 manat məbləğində iddia və cərimədən 24882,5 manatı ödənilib, qalan məbləğin ödənilməsi üçün isə aidiyyəti üzrə rayon məhkəmə icraçıları bölmələrinə müraciət edilib. Şəxsiyyəti məlum olmayan 3 nəfər barəsində tərtib edilmiş sənədlər aidiyyəti üzrə rayon polis şöbələrinə göndərilib.

2011-ci il ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində qanun pozucularına qarşı 857 akt, 240 protokol tərtib edilib, qanun pozuntuları ilə əlaqədar təbiətə 79405,35 manat dəyərində ziyan vurulduğu hesablanıb, inzibati qaydada 153420 manat cərimə tətbiq edilib. Ümumilikdə tətbiq edilmiş 232825,35 manat ziyan və cərimədən 92005,87 manat vəsait xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan xüsusi fondlara ödənilib.

Qanun pozuntuları ilə bağlı sənədləşdirilmiş 38 iş baxılması üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına (polis şöbələrinə), 104 iş aidiyyəti üzrə rayon məhkəmələrinə və məhkəmə icraçıları bölmələrinə göndərilib.

Xəbər lenti

Xəbər lenti