...

Bakının bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılıb

Cəmiyyət Materials 31 Yanvar 2012 11:38 (UTC +04:00)
Magistral kəmərlərdə aparılan təmir işləri ilə əlaqədar Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakı şəhərinə içməli suyun verilməsi müvəqqəti dayandırılıb.
Bakının bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılıb

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Magistral kəmərlərdə aparılan təmir işləri ilə əlaqədar Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakı şəhərinə içməli suyun verilməsi müvəqqəti dayandırılıb.

"Azərsu" ACS-dən Trend-ə verilən məlumata görə, bununla əlaqədar yanvarın 31-də gün ərzində Bakının Qaradağ və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsi müvəqqəti olaraq məhdudlaşdırılıb.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti

Xəbər lenti