...

Prokurorluq əməkdaşları Kiyev şəhərində keçirilən seminarda iştirak ediblər

Cəmiyyət Materials 31 Yanvar 2012 17:42 (UTC +04:00)
Kiyev şəhərində "Korrupsiya hüquqpozmalarının istintaqı və cinayət təqibi məsələləri üzrə tədris proqramlarının hazırlanması və təşkili" mövzusunda seminar keçirilib.
Prokurorluq əməkdaşları Kiyev şəhərində keçirilən
seminarda iştirak ediblər

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Kiyev şəhərində "Korrupsiya hüquqpozmalarının istintaqı və cinayət təqibi məsələləri üzrə tədris proqramlarının hazırlanması və təşkili" mövzusunda seminar keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Seminar İqtisadi Əməkdaşlıq və İnkişaf Təkilatının Şərqi Avropa və Mərkəzi Asiya üçün korrupsiyaya qarşı mübarizə şəbəkəsi tərəfindən GUAM ölkələri üçün həyata keçirilən layihə çərçivəsində təşkil edilib.

Tədbirdə Azərbaycan Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin şöbə rəisi Vüqar Əliyev və prokurorluğun digər əməkdaşları təmsil ediblər.

Seminarda Vüqar Əliyev və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin böyük prokuroru Orxan İsayev "Tədrisin həyata keçirilməsi metodologiyası: mühazirə, seminar məşğələləri, interaktiv metodlardan istifadə - Azərbaycan təcrübəsi" mövzusunda çıxış ediblər.

Tədrisin ənənəvi və interaktiv metodları, habelə Azərbaycan Respublikasında prokurorluq işçilərinin nəzəri bilik və peşə səviyyəsinin obyektiv meyarlar əsasında müəyyənləşdirilməsində tətbiq olunan yeniliklər, "İmtahan" informasiya sistemi barədə məlumatlar tədbir iştirakçılarının marağına səbəb olub.

Xəbər lenti

Xəbər lenti