...

Bu gündən ali məktəblərə qəbul imthanlarında iştirak edəcək müəllimlər üçün seminar məşğələlərə başlanılır

Cəmiyyət Materials 1 Fevral 2012 11:45 (UTC +04:00)
2011-2012-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında iştirak edən 116 nəzarətçi təlimat qaydalarını pozub.
Bu gündən ali məktəblərə qəbul imthanlarında iştirak edəcək müəllimlər üçün seminar məşğələlərə başlanılır

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir İ.İsabalayeva/

2011-2012-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında iştirak edən 116 nəzarətçi təlimat qaydalarını pozub. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2010-cu ildə keçirilən qəbul imtahanlarında təlimat qaydalarını pozan nəzarətçilərin sayı 300-dən çox olub.

Nağızadənin bildirdiyinə görə, bu gündən növbəti tədris ili üçün ali məktəblərə qəbul imthanlarında iştirak edəcək müəllimlər üçün seminar məşğələlərin keçirilməsinə başlanılıb.

İmtahan prosedurlarını daha yaxşı izah etmək üçün seminar məşğələlər 25-30 nəfərlik qruplarla keçiriləcək.

Xəbər lenti

Xəbər lenti