...

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu fərdi jurnalist yazıları müsabiqəsi elan edib

Cəmiyyət Materials 1 Fevral 2012 18:30 (UTC +04:00)
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2012-ci ildə Novruz bayramı münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsi elan edib.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu fərdi jurnalist yazıları müsabiqəsi elan edib

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2012-ci ildə Novruz bayramı münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsi elan edib.

Fonddan Trend-ə verilən məlumata görə, müsabiqə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi; Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması; regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi; Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği; uşaq və gənclərin fiziki və mənəvi inkişafı; dini və milli tolerantlıq və başqa istiqamətlər üzrə elan olunub.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

İştirakçı haqqında məlumat cədvəlini əldə etmək üçün Fonda müraciət etmək lazımdır.

Yazıların qəbulu 2 fevral 2012-ci il tarixində başlayır, 6 mart 2012-ci il tarixdə başa çatır.

Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Qaliblər Fondun xüsusi diplomu və 1000 manat məbləğində pul mükafatı ilə təltif olunacaqlar.

Müsabiqənin nəticələri martın 20-dək elan olunacaq.

Xəbər lenti

Xəbər lenti