...

Qarlı-şaxtalı hava şəraiti Bakıda məhkəmələrin işini dayandırmayıb

Cəmiyyət Materials 2 Fevral 2012 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 fevral / Trend müxbir K.Zərbalıyeva/

Qarlı-şaxtalı hava şəraiti Bakıda məhkəmə proseslərinin keçirilməsinə mane olmayıb.

Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, hərbi və mülki işlər üzrə məhkəmə kollegiyalarında bu günə təyin olunan məhkəmə prosesləri keçirilir.

Bakı Apelyasiya Məhkəməsindən bildirilib ki, məhkəmə fəaliyyətini davam etdirir. Bu günə təyin olunan proseslər təxirə salınmayıb. Bəzi işlər üzrə tərəflər iştirak etmədiyi üçün proses baş tutmayıb.

Bakı Hərbi Məhkəməsindən bildirilib ki, bu günə təyin olunan məhkəmə prosesi olmayıb.

Məhkəmədən bildirilib ki, sabaha təyin olunan işlər var və hava şəraiti belə olarsa, proseslərin təxirə salınması istisna deyil.

Məhkəmə-Hüquq Şurasından isə Trend-ə bildiriblər ki, hava şəraiti Bakı və regionların məhkəmələrinin işini pozmayıb. Məlumatda bildirilir ki, hakimlər işə çıxıb və tərəflərin iştirak etdiyi halda məhkəmə prosesləri keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-nə kimi hökm sürəcək.

Bakıda havanın temperaturunun gecə və gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti