...

Ombudsman şaxtalı hava şəraiti ilə əlaqədar məhkumların saxlanma vəziyyətini araşdırıb

Cəmiyyət Materials 2 Fevral 2012 15:49 (UTC +04:00)
Azərbaycan ombudsmanı kəskin şaxtalı hava şəraiti ilə əlaqədar məhkumların saxlanma vəziyyətini araşdırıb.
Ombudsman şaxtalı hava şəraiti ilə əlaqədar məhkumların saxlanma vəziyyətini araşdırıb

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan ombudsmanı kəskin şaxtalı hava şəraiti ilə əlaqədar məhkumların saxlanma vəziyyətini araşdırıb.

Ombudsman Aparatından cümə axşamı Trend-ə verilən məlumata görə, ombudsman ölkəmizdəki kəskin şaxtalı hava şəraitini nəzərə alaraq, penitensiar müəssisələrin və psixiatriya xəstəxanalarının istilik və qida ilə təmin olunması vəziyyətini araşdırıb.

O, penitensiar müəssisələrdəki vəziyyətlə əlaqədar olaraq, Ədliyyə Nazirliyi Penitensiar Xidmətə məktubla müraciət edib.

Araşdırma nəticəsində məlum olub ki, Qaradağ rayonunda yüksəkgərginlikli elektrik xəttində və Binə qəsəbəsindəki elektrik yarımstansiyasında yaranmış problemlərlə bağlı bu ərazilərdəki cəzaçəkmə müəssisələrində elektrik təminatı ilə əlaqədar müvəqqəti fasilə yaranıb və bu problem təcili aradan qaldırılmaqdadır.

Eyni zamanda, müvafiq müəssisələrdə dizel yanacağı ilə işləyən generatordan istifadə olunur və məhkumlara vaxtı-vaxtında isti yemək verilir.

Həmçinin, araşdırma nəticəsində məlumat alınıb ki, psixiatriya müəssisələrində də lazımi tədbirlər görülüb və ruhi xəstələr isti qida ilə vaxtında təmin olunurlar.

Xəbər lenti

Xəbər lenti