...

Bakı məktəblərində davamiyyətə turniketlərə nəzarət edəcəklər

Cəmiyyət Materials 5 Fevral 2012 11:47 (UTC +04:00)
Azərbaycanın Təhsil Nazirliyi "Elektron məktəb" (e-School) layihəsi çərçivəsində Bakının orta təhsil müəssisələrində turniketlərin quraşdırılmasını planlaşdırır.
Bakı məktəblərində davamiyyətə turniketlərə nəzarət edəcəklər

Azərbaycan, Bakı, 4 fevral / Trend, müxbir H.Vəliyev /

Azərbaycanın Təhsil Nazirliyi "Elektron məktəb" (e-School) layihəsi çərçivəsində Bakının orta təhsil müəssisələrində turniketlərin quraşdırılmasını planlaşdırır.

Təhsil Nazirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, məktəblərin girişində quraşdırılacaq turniketlər məktəblilərin davamiyyətinə nəzarət edəcək.

Pilot layihənin paytaxtın 10 məktəbində (Avropa litseyi, 132,134, 6 saylı və başq.) məktəblərdə işə salınması planlaşdırılır.

Turniketlər məktəblilərin personal kartlarındakı informasiyanı oxuyacaqlar ki, bu da şagirdlərin məktəbə girişinə və çıxışına nəzarət etməyə imkan verəcək.

Valideynlər uşağın məktəbin binasına daxil olduğu və çıxdığı anda mobil telefonları ilə SMS xəbərdarlıq alacaqlar. SMS-məlumatlandırma xidməti valideynlərə kommersiya əsasında təqdim olunacaq.

Bununla yanaşı, məktəb binasına daxil olmaq üzrə avtomatik nəzarət sistemi kənar şəxslərin binaya icazəsiz daxil olmasına mane olmağa da imkan verəcək.

Xəbər lenti

Xəbər lenti