...

Azərbaycanda qarlı hava şəraiti davam edəcək

Cəmiyyət Materials 9 Fevral 2012 12:26 (UTC +04:00)
Yaxın iki gün ərzində ölkə ərazisində qarlı hava şəraiti davam edəcək.
Azərbaycanda qarlı hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 9 fevral / Trend müxbir İ.İsabalayeva/

Yaxın iki gün ərzində ölkə ərazisində qarlı hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan cümə axşamı Trend-ə verilən məlumata görə, fevralın 10-da Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Axşama doğru 5 dərəcəyədək şaxta olacaq. Yollar buz bağlayacaq.

Fevralın 10-da Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacaq, qar yağacaq.

Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi, şimal-qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə güclənəcəyi gözlənilir.

Fevralın 10-da Mərkəzi Aran rayonlarında havanın temperaturu gecə 4-8, gündüz 0-3 dərəcə şaxta olacaq. Dağlarda gecə 15-20, gündüz 5-10 dərəcə şaxta olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25 dərəcə şaxta olacağı gözlənilir.

Yollar buz bağlayacaq.

Fevralın 11-də də ölkə ərazisində arabir qar yağacağı proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti