...

Qazaxıstanda İranın mədəniyyət sərgisi keçirilir

Cəmiyyət Materials 10 Fevral 2012 17:08 (UTC +04:00)
Qazaxıstanda İran İslam İnqilabının 33-cü ildönümü ilə əlaqədar İran mədəniyyət və incəsənət sərgisinin açılışı olub.
Qazaxıstanda İranın mədəniyyət sərgisi keçirilir

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir E.Mehdiyev/

Qazaxıstanda İran İslam İnqilabının 33-cü ildönümü ilə əlaqədar İran mədəniyyət və incəsənət sərgisinin açılışı olub.

İranın Qazaxıstandakı səfirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Astana şəhərinin İstiqlal sarayında keçirilən sərgidə İranın müxtəlif sahələrdə əldə etdiyi nailliyyətləri əks etdirən fotoşəkillər, incəsənət xadimlərinin əl işləri, oyma sənəti nümunələri, miniatürlər, xəttatlıq nümunələri nümayiş etdirilib.

Sərginin açılış mərasimində İranın Qazaxıstandakı səfiri Qurban Seyfi çıxış edib. O, İran və Qazaxıstan arasında mədəniyyət sahəsindəki əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib.

Sərgi fevralın 13-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti