...

Bakıda yol patrul xidməti inspektoru vəzifəsinə işə qəbul üzrə müsabiqə elan olunub

Cəmiyyət Materials 14 Fevral 2012 11:54 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin yol patrul xidməti inspektoru vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
Bakıda yol patrul xidməti inspektoru vəzifəsinə işə qəbul üzrə müsabiqə elan olunub

Azərbaycan, Bakı, 14 fevral / Trend müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin yol patrul xidməti inspektoru vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, müsabiqədə iştirak etmək üçün sənəd qəbulu fevralın 1-dən başlayıb, martın 1-dək davam edəcək.

Müsabiqədə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş kişilər, yaşı 20-dən az, 30-dan çox olmayan, boyu 175 santimetrdən yuxarı olan, düzgün bədən quruluşlu və idman cüssəli, avtomobil nəqliyyatına aid olan orta- texniki ixtisas və ya ali təhsilli, sürücülük vəsiqəsi olan və Bakı şəhəri üzrə daimi qeydiyyatda olan "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Şərtlərə uyğun gələn, müsabiqədə iştirak etmək arzusu olanlar sənədlərini - şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənədin əsli, hərbi bilet (kişilər üçün), əmək kitabçasını (olanlar üçün) şəxsən mart ayının 1-dək hər gün (şənbə və bazar günlərindən başqa) saat 10:00-dan 17:00-dək təqdim etməlidirlər.

Əlavə məlumat almaq istəyənlər Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Kadrlar İdarəsi ilə (4-cü mərtəbə, 402-ci otaq) 510-72-90 nömrəli telefon vasitəsilə əlaqə saxlaya bilərlər.

Xəbər lenti

Xəbər lenti