...

Azərbaycanın tələbə qəbulu ilə bağlı təcrübəsi Qazaxıstanda öyrəniləcək

Cəmiyyət Materials 14 Fevral 2012 13:13 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə və komissiyanın sektor müdiri Oleq Şelaqinov Qazaxıstanın Elm və Təhsil Nazirliyinin Milli Test Mərkəzinin dəvəti ilə bu ölkəyə səfər edəcəklər.
Azərbaycanın tələbə qəbulu ilə bağlı təcrübəsi Qazaxıstanda öyrəniləcək

Azərbaycan, Bakı, 14 fevral / Trend müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə və komissiyanın sektor müdiri Oleq Şelaqinov Qazaxıstanın Elm və Təhsil Nazirliyinin Milli Test Mərkəzinin dəvəti ilə bu ölkəyə səfər edəcəklər.

TQDK-nın mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, səfərin məqsədi Astana şəhərində fevralın 16-17-də "Şagirdlərin yekun attestasiyası və ali məktəblərə qəbul: təcrübə və inkişaf perspektivləri" mövzusunda keçiriləcək elmi-praktik seminarda iştirak etməkdir.

Seminarın keçirilməsinin məqsədi buraxılış və qəbul imtahanlarının keçirilməsində təkmilləşdirmə işləri aparılması üçün xarici ölkələrin, o cümlədən Azərbaycan TQDK-nın təcrübəsinin öyrənilməsidir.

Qeyd edək ki, Qazaxıstanda 2004-cü ildən etibarən vahid milli test imtahanları (VMT) keçirilir. VMT ümumtəhsil məktəblərinə buraxılış imtahanı və onun nəticələri əsasında ali məktəblərə qəbul həyata keçirir.

Xəbər lenti

Xəbər lenti