...

Azərbaycanla Mərakeş arasında turizm sahəsində əməkdaşlıq müzakirə edilib

Cəmiyyət Materials 15 Fevral 2012 15:39 (UTC +04:00)
Azərbaycanla Mərakeş Krallığı arasında turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Azərbaycanla Mərakeş arasında turizm sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanla Mərakeş Krallığı arasında turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Trend-in çərşənbə günü Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, əməkdaşlıq məsələlərinin müzakirəsi üçün mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami arasında görüş keçirilib.

Səfir hər iki ölkə vətəndaşlarının viza əldə etməsində heç bir problemin olmadığını və mərakeşlilərin yeni turizm məkanları axtarışında olduğunu vurğulayıb. O, iki ölkə arasında turist axınının artırılması istiqamətində birgə fəaliyyətə başlamağı vacib hesab edib. Azərbaycan tərəfi Mərakeşin turizm potensialının təbliğ olunması məqsədilə cari ilin 12-14 aprel tarixlərində Bakı şəhərində keçiriləcək "AITF 2012" beynəlxalq turizm sərgisinə Mərakeş tərəfini dəvət edib.

Görüş zamanı Həsən Hami tərəfindən ölkəmizin turizm sənayesində çalışan mütəxəssisləri üçün turizm təhsili sahəsində müvafiq kömək göstərilməsi təklif olunub.

Xəbər lenti

Xəbər lenti