...

Xəzərdə balıqçı gəmisində baş vermiş partlayışla bağlı cinayət işi başlanıb

Cəmiyyət Materials 16 Fevral 2012 19:27 (UTC +04:00)
Fevralın 16-da saat 14:00 radələrində Xəzər dənizinin paytaxtın Xətai rayonu ərazisinə aid hissəsində sahildə dayanan "Mərdəkan" balıqçı gəmisində partlayış baş verib.
Xəzərdə balıqçı gəmisində baş vermiş partlayışla bağlı cinayət işi başlanıb

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Fevralın 16-da saat 14:00 radələrində Xəzər dənizinin paytaxtın Xətai rayonu ərazisinə aid hissəsində sahildə dayanan "Mərdəkan" balıqçı gəmisində partlayış baş verib.

"Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun rəhbər heyəti gəlib, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunmaqla qısa zaman ərzində gəmidə baş vermiş yanğın tam söndürülüb", - Trend-in məlumatına görə, FHN və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumatda deyilir.

Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri və Bakı şəhər prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibbi və Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminalogiya Problemləri İnstitunun ekspertlərinin iştirakı ilə hadisə yeri və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Hadisə yerində 4 nəfərin - 1964-cü il təvəllüdlü gəmi kapitanı Hacı Xanbutayev, 1965-ci il təvəllüdlü matros Maarif Ağayev, mexanik Sahib Beydullayev və 1960-cı il təvəllüdlü qaynaqçı Mehman Hacıyevin meyitləri aşkarlanaraq müayinə olunması üçün məhkəmə-tibb ekspertlərinə təqdim edilib.

Fakta görə Bakı şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmış və istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti