...

Azərbaycanda çimərlik turizminin inkişafı üçün təkliflər hazırlanıb

Cəmiyyət Materials 22 Fevral 2012 12:51 (UTC +04:00)
Azərbaycanda çimərlik turizminin inkişafı üçün təkliflər hazırlanıb. Trend-in məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev çərşənbə günü "Turizm ili"nin yekunlarına həsr olunan kollegiya iclasında bildirib.
Azərbaycanda çimərlik turizminin inkişafı üçün təkliflər hazırlanıb

Azərbaycan, Bakı, 22 fevral / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda çimərlik turizminin inkişafı üçün təkliflər hazırlanıb. Trend-in məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev çərşənbə günü "Turizm ili"nin yekunlarına həsr olunan kollegiya iclasında bildirib.

O deyib ki, Türkiyənin müvafiq ekspertləri ilə bununla bağlı danışıqlar aparılıb. "Turizm haqqında" qanuna əsasən, çimərlik turizmi yeni fəaliyyət növü kimi qəbul olunduqdan sonra türkiyəli ekspertlərlə bu sahədə işlərin aparılmasına başlanacaq.

İsmiyev qeyd edib ki, Azərbaycanda yeni hazırlanan "Turizm haqqında" qanun layihəsi bu yaxınlarda rəy verilməsi məqsədilə Ümumdünya Turizm Təşkilatına göndəriləcək.

Onun sözlərinə görə, keçən il Azərbaycanın turizm sektoruna investisiya qoyulması məqsədilə 102 turizm şirkətinə müraciət olunub.

Xəbər lenti

Xəbər lenti