...

Əbülfəs Qarayev: Azərbaycanda turizm sahəsində 3 milyard dollara yaxın vəsait dövriyyədə saxlanılır

Cəmiyyət Materials 22 Fevral 2012 12:48 (UTC +04:00)
Azərbaycanda turizm sahəsində 3 milyard dollara yaxın vəsait dövriyyədə saxlanılır. Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Turizm ili”nin yekunlarına həsr olunan kollegiya iclasında deyib.
Əbülfəs Qarayev: Azərbaycanda turizm sahəsində 3 milyard dollara yaxın vəsait dövriyyədə saxlanılır

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda turizm sahəsində 3 milyard dollara yaxın vəsait dövriyyədə saxlanılır. Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Turizm ili"nin yekunlarına həsr olunan kollegiya iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycana gələn turist orta hesabla 700 dollar xərcləyir.

"Azəbaycana il ərzində 2 milyondan çox turistin gəldiyini nəzərə alsaq, turizm dövriyyəsi 1,5 milyard dollara yaxın olur. Bu qədər vəsait də daxili turizmin potensialında mocvuddur. Azərbaycan turizmi 3 milyard dollara qədər vəsaiti dövriyyədə saxlayır", - nazir qeyd edib.

O əlavə edib ki, Azərbaycana xaricdən gələn insanların sayının artım tempi Ümumdünya Turizm Təşkilatının orta göstəricilərindən üstündür. Ötən il Azərbaycana gələn turistlərin sayında 14 faiz artım qeydə alınıb.

"Düşürəm ki, bu il bizim üçün daha uğurlu olacaq. Çünki bu il Azərbaycanda "Eurovision" mahnı müsabiqəsi və digər mühüm təbirlər keçiriləcək. Bunun nəticəsində Azərbaycana gələn insanların sayı artacaq", - Qarayev bildirib.

Onun sözlərinə görə, hazıda ölkədə 50-yə yaxın yeni mehmanxana insa olunur.

Xəbər lenti

Xəbər lenti