...

Bakıda yazın gəlişi hiss olunur: 11 dərəcə isti

Cəmiyyət Materials 24 Fevral 2012 11:47 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında 11 dərəcə isti olacaq.
Bakıda yazın gəlişi hiss olunur: 11 dərəcə isti

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Sabah Bakıda və Abşeron yarımadasında 11 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, fevralın 25-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 0-3, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti gözlənilir.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta olacaq.

Fevralın 25-26-da ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti